
IPVISION şirkəti 2023-cü ildə qeydiyyatdan keçib. Gənc şirkət 2012-ci ildən informasiya texnoloqiyaları sahəsində təcrübə və biliklər toplamağa başlayaraq öz kamandası ilə müxtəlif layihələrə imza atır. Komandamızın təcrübəsi, peşəkar yanaşması və sürəti qısa müddətdə yaxşı nəticələr əldə etməyə imkan verdi. Şirkətimiz İT texnologiyalarının tətbiqi ilə müxtəlif sahələrdə olan müəssisələrə səmərəli informasiya infrastrukturu qurmağa və inkişaf etməyə kömək edir.
Uğurlu iş illəri ərzində biz zəngin təcrübə topladıq və öz prinsiplərimizi inkişaf etdirdik, onların əsası etibarlılıq, müştərilərlə işləməkdə çeviklik, peşəkarlıq və artan biznes tələblərinə diqqət yetirməkdir.
Dəyərlərimiz və məqsədlərimiz hərəkətlərimizə rəhbərlik edir. Hesab edirik ki, nəticəyə nail olmaq üsulları nəticənin özündən heç də az əhəmiyyət kəsb etmir. Bu prinsipləri rəhbər tutmağımız, innovasiyalarda lider olmağımızı sürrətləndirir.
Şirkətin fəaliyyətinin prioritet istiqamətləri:
-
Sistem inteqrasiyası;
-
Mühəndislik və İT infrastrukturu;
-
Video müşahidə sistemləri;
-
Avadanlıq və proqram təminatının təchizatı;
-
Texniki dəstək (İT autsorsinq);
-
Məlumat mərkəzi xidmətləri;
-
Təhlükəsizlik sistemləri;
Müəssisələrdə İT infrastrukturunun qurulması üçün hərtərəfli inteqrasiya həlləri hazırlayır və həyata keçiririk
Yeni istiqamətlərin inkişafı, müxtəlif bazar sektorlarının hərtərəfli tədqiqi, qabaqcıl istehsalçılar və təchizatçılarla yeni tərəfdaşlıqların yaradılması, işçilərin təliminə investisiyalar sayəsində biz hər zaman Müştərilərimizə ən müasir və texnoloji həllər təklif etməyə hazırıq. Eyni zamanda, biz Müştərinin fərdi tələblərinə və real imkanlarına diqqət yetirərək, qarşımızda duran problemlərin həllinə kompleks şəkildə yanaşırıq ki, bu da münasib qiymətə optimal nəticə əldə etməyə imkan verir.